Arxangelsk vilayətində hərbi hissənin ərazisindəki anbarı yandırmağa cəhddə şübhəli bilinən 18 yaşlı oğlan saxlanılıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Mixail adlı şəxs sentyabrın 24-nə keçən gecə bölmənin ərazisində saxlanılıb. Müstəntiqlərin fikrincə, şübhəli şəxs gecə yarısı öz hazırladığı Molotov kokteyli ilə yanğın törətməyə cəhd edib. Gəncin Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyi güman edilir.
Mixailə qarşı “terror aktına cəhd” maddəsi ilə cinayət işi açılıb. Onun evində axtarış aparılıb.
Mənbə: TASS

