Arxeoloq yüzlərlə xəzinə gəmisinin Portuqaliya sahillərində olduğunu söyləyibbackend

Arxeoloq Alexandre Monteiro, Portuqaliya sahillərində 250 xəzinə gəmisinin olduğunu söylədi.

Onun sözlərini Observador yayıb.

“250-yə yaxın xəzinə gəmisi Azor və Madeyra arxipelaqlarının sularında, eləcə də Portuqaliyanın materik sahillərində batıb”, – Monteyro bildirib.

Qeyd olunur ki, arxeoloq 1500-cü ildən bəri Portuqaliya sahillərində baş vermiş 8620 gəmi qəzası haqqında məlumat bazası yaradıb. Onun sözlərinə görə, materik sahillərində xəzinələri olan ən azı 250 gəmi var.

Monteyro 1615-ci ildə Azor adalarında Faial adasının yaxınlığında batmış flaqman Nossa Senhora da Luz gəmisinin qalıqlarını aşkar etdiyini iddia edir.

Mənbə: haberler.com