Arxeoloqlar arxeoloqun keçmişdən qoyub getdiyi şüşə içərisində 200 illik mesaj tapıblarbackend

Fransada arxeoloqlar təxminən 200 il yaşı olan butulkada mesaj tapıblar.

Fransanın bir şəhərində arxeoloji qazıntıda iştirak edən tələbələr 200 il əvvəl başqa bir arxeoloqun qoyub getdiyi şüşə içərisində mesaj tapıblar. Regional arxeoloji xidmətin rəhbəri Guillaume Blondel bildirib ki, kursantlar eroziya təhlükəsi altında olan Qalli kəndinin xarabalıqları yerində işləyərkən gil qabın içərisində şüşə qaba rast gəliblər.

Dieppedən olan və dövrünün tanınmış arxeoloqu Feretin buraxdığı mesaj, 1825-ci ilin yanvarında Cité de Lime və ya Sezar düşərgəsi kimi tanınan yerdə aparılan qazıntılardan bəhs edir.

“Bu, tamamilə sehrli bir an idi. Biz bilirdik ki, burada bir vaxtlar qazıntılar aparılıb, lakin bu 200 illik mesajı tapmaq tamamilə sürpriz oldu”, Blondel öz emosiyalarını bölüşüb.

Mənbə: Gazeta.ru