ASAN könüllüləri Milli Musiqi Gününü qeyd ediblərbackend

18 sentyabr 2020-ci il tarixində Şamaxı regional “ASAN xidmət” mərkəzində “Əbədi nəğmələr” adlı konsert proqramı təşkil olunub.

Daha bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə və Milli Musiqi Gününə həsr olunan tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub.

Pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə uyğun olaraq reallaşdırılan konsertdə Təşkilatın musiqi qrupu tərəfindən “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından parçalar və xalq mahnıları ifa olunub.

Videoçarxa keçid: https://youtu.be/Ihx7gvDEY4E

İctimai.az