ASAN Könüllülərinin IV Yay Məktəbi başa çatıbbackend

1-3 iyul tarixində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Coca-Cola” şirkətinin əməkdaşlığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin tərəfdaşlığı ilə “ASAN Könüllülərinin IV Yay Məktəbi” həyata keçirilib.

Layihənin əsas məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili, dünya görüşlərinin artırılması, Azərbaycanın qədim bölgələrindən olan Şamaxının tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq və onların hərtərəfli inkişafına şərait yaratmaqdır.

Düşərgədə gənclərin vaxtlarını səmərəli keçirmələri və komanda qurucluğu üçün labirint, “challenge” oyunları, Buğurt qalasına yürüş, çaydan kanatla keçmə simulyasiyası, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə qazi Nazim Muradov ilə görüş, musiqi axşamları və müxtəlif əyləncələr təşkil edilib.

“ASAN Könüllülərinin IV Yay Məktəbi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə qeyri-rəsmi görüş təşkil edilib.

Həmçinin könüllülər palçıq vulkanlarına, Diribaba türbəsinə, Dəmirçi kəndində yerləşən Şamaxı rayonu Dəmirçi Arxeologiya Muzeyinə, “Safari” parka ekskursiya ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Şamaxı rayonunun Şahdağ Milli Park ərazisində açıq hava şəraitində keçirilən və sayca dördüncü olan Yay Məktəbində 50 ASAN könüllüsü iştirak edib.