“ASAN xidmət” və “ASAN Kommunal” vətəndaşlara müraciət etdibackend

18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

İctimai.az xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, növbə tutmaq üçün “ASAN xidmət” mobil təbiqi “IOS” və “Android” əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

“Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq” – deyə qurum rəsmisi bildirib.

İctimai.az