“Şəmkir Un-Yem” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, sahibkar Aslan Əliyev həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sahibkar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılıb.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında A.Əliyev barəsində iki ay 27 gün həbs qətimkan tədbiri seçib.
MMC direktoru 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, külli miqdarda vergidən yayınma və vəzifə saxtakarlığında təqsirləndirilir.
Hazırda onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.