Astarada yük maşını velosipedçini vurdubackend

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan “QAZ-66” markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub.

Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.