Ata odun sobasına benzin atdı, iki yaşlı oğlu yanıb öldübackend

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib.

Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov evdə odun sobasını qalamaq üçün benzindən istifadə edib.

Bu zaman sobadan çıxan alov ətrafa və yaxınlıqda olan uşaq, 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb.

Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

2022-ci il təvəllüdlü V.Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.