Paris Saint-Germain-in qapıçısı Serxio Riko adi palataya köçürülüb.
Bu barədə “Mundo Deportivo” qapıçının həyat yoldaşı Alba Silvaya istinadən xəbər verir.
Qeyd olunur ki, idmançı reanimasiyadan köçürülüb, lakin o, hələlik xəstəxanada qalmalıdır.
Xatırladaq ki, mayın 28-də beyninə qan sızması diaqnozu qoyulan ispaniyalı Sevilya xəstəxanasına aparılıb. İdmançı ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib, vəziyyəti stabilləşib. Bir neçə gün idi ki, qapıçı komada idi.
Mənbə: TRT Spor