ATƏT Buçada “ölülər” siyahısında olan Ukrayna ilə təmaslar barədə sualı cavablandırıbbackend

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT/DTİHB) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bəyan edib ki, Buçada “ölü”lərin siyahısı məsələsi ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlamır. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz bu məsələ ilə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlamırıq, lakin başa düşürük ki, onlar Buçada və Kiyev vilayətinin digər yerlərində törədilmiş cinayətlərə dair sübutlar toplayırlar”, – ATƏT bildirib.

Eyni zamanda büro Rusiyanın araşdırma aparmalı olduğunu vurğulayıb. RİA Novosti qeyd edir ki, Rusiya tərəfi dəfələrlə Buçada qurbanların siyahısını tələb edib, lakin heç vaxt təqdim edilməyib.

Mənbə: RİA Novosti