ATƏT-in Malta konfransında Rusiyanın iştirakı gözlənilirbackend

Rusiya ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçiriləcək iclasına dəvət olunacaq.

Bu barədə RİA Novosti məlumatlı mənbələrə istinadən xəbər verir.

“Maltada keçiriləcək nazirlərin görüşünə Rusiya da dəvət olunacaq”, – agentliyin mənbəsi bildirib.

Rusiya tərəfi görüşdə iştirakda maraqlı olduğunu təsdiqləyib. Qeyd olunur ki, indiyədək ATƏT-in heç bir iştirakçı ölkəsi rəsmi dəvət olunmayıb. Tədbir 5 və 6 dekabr 2024-cü il tarixlərində Maltada baş tutacaq.

Bundan əvvəl “İzvestiya” qəzeti yüksək rütbəli mənbəyə istinadən xəbər vermişdi ki, Rusiya ölkənin “təzyiqlərinə” baxmayaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxmağı planlaşdırmır.