ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi – ŞƏRHbackend

İyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışın bildirmişdir ki, biz işğala son qoyduq, ədaləti bərpa etdik: «Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik”.“Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”, – deyən Prezident İlham Əliyev qeyd etdi ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi”.Bəli, bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi onun tarixdən birdəfəlik silinməsinə gətirib çıxardı. Çünki ATƏT-in Minsk qruppu beynəlxalq təşkilatlar tərəfindən idarə edilir və həmin dövlətlər də təşkilatların qarşıya qoyduğu ümumi məsələlər, məqsədlərdən daha çox öz ümummilli maraqlarını və geosiyasi ambisyalarını həyata keçirirlər. Və ATƏT də bu 28 il ərzində ancaq vaxt aparmaqla məşğul idi. Ancaq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsi Ali Baş Komandanımızın «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərinin igidliyi ilə Qalib gəldi. Beləliklə də biz bu gün ATƏT Minsk qrupunu tarixdən sildik.Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, “öz cəzandır, çək!”. Bizim artıq nə danışıqlara, nə Minsk Qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – “dəmir yumruğumuz” var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi… Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!…Bu, reallıqdır…”İyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında onu da bildirdi ki, Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir: “Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”.Dövlət başçımız onu da vurğulayıb ki, təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər: “Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.Göründüyü kimi, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Dövlət başçımızın dediyi kimi: «Artıq o qrup ölüdür, cansızdır”.Bir sözlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən və 28 il ərzində ikibaşlı oyun oynayan bir çox beynəlxalq təşkilatların alətinə çevrilən ölü, cansız qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı