ATƏT Ukrayna ilə bağlı müzakirələrdə iştirak etmək istəyirbackend

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya ilə Ukrayna arasında sülh sazişi əldə olunacağı təqdirdə hazır olmalıdır.

TASS-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri İqnazio Kassis rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı bildirib.

Kassis deyib: “Dünən gecə təşkilatımızın yalnız davam edən müzakirələri dəstəkləməkdə deyil, həm də sülh planı və atəşkəs vəziyyətində hazırlıqlı olması üçün yollar tapmalı olduğumuzu müzakirə etdik”.

ATƏT-in fəaliyyətdə olan sədri baş katib Feridun Sinirlioğlu ilə birlikdə Ukraynaya səfərindən dərhal sonra 5 fevralda Moskvaya gəlib.