“Atletiko Madrid” hücumçusu Joao Feliksi Kataloniya klubunda oynamaq arzusu ilə bağlı dediklərindən sonra “Barselona”ya buraxmağa hazırdır.
Bu barədə jurnalist Manu Sainz sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubunun maddi sıxıntılarına baxmayaraq, “Barsa” portuqaliyalı hücumçunun transferini tezliklə başa çatdıra biləcək.
Feliks üç mövsüm Portuqaliyanın “Benfika”sında çıxış edib. O, 2019-cu ildə Madrid komandasına keçib. Onun “Atletiko” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. O, ötən mövsümün yarısını İngiltərə Premyer Liqasında (APL) keçirib, icarə əsasında “Çelsi”də çıxış edib. Transfermarkt-ın məlumatına görə, Feliksin bazar dəyəri 50 milyon avrodur.
Mənbə: Sports.ru