ATU-da koronavirusa kütləvi yoluxmabackend

ATU-nun 1-ci Müalicə-profilaktika fakültəsində altı qrupda tələbələr arasında yoluxma olub.

Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hər qrupda bir-iki tələbədə COVID-19 aşkarlanıb:

“Bu səbəblə həmin qrupların dərsləri distant təhsilə keçirilib. Onu da qeyd edək ki, binada dezinfeksiya işləri aparılır. Tələbələr binaya daxil olan hərarətləri ölçülür. Digər fakültələrin heç birində yoluxma aşkarlanmayıb”.