V10 benzin mühərrikli Audi R8 sportkarının istehsalının başa çatması ərəfəsində Alman şirkəti Yaponiya bazarı üçün avtomobilin məhdud sayda buraxılışını həyata keçirmişdir. Bu barədə Carbuzz məlumat yayıb.
Vida versiyası 8 avtomobildən ibarət buraxılışda istehsal olunacaq. Məhdud buraxılışlı avtomobillər tutqun ağ rəngdədir və qırmızı əyləc kaliperlərini aşkar edən bürünc rəngli 20-milli təkərlərə malikdir. Qırmızı ağ və qızıl rənglərin birləşməsi Yaponiyada ənənəvi olaraq məşhurdur.
Güzgülər, ön spoyler, arxa qanad və diffuzor karbon lifindən hazırlanıb. Oturacaqlar ağ tikişli qara dəri ilə üzlənib, tavan və baqaj üçün süni zamşa – Alkantaradan istifadə olunub. Qapı eşiklərində Japan Final Edition yazısı olan bəzəklər var.
Mənbə: Carbuzz

