“Terminator”, “Avatar” və “Titanik” filmlərini çəkən kanadalı rejissor Ceyms Kemeron növbəti filminin ssenarisini yazmağa başlayıb, CNN xəbər verir.
Telekanalın məlumatına görə, söhbət amerikalı Çarlz Pelleqrinonun müəllifi olduğu “Hirosimanın kabusları” sənədli kitabının filmə uyğunlaşdırılmasından gedir. Kemeron onu “Titanik”dən bəri tanıdığını və yazıçının əsərini bəyəndiyini bildirib.
Rejissor etiraf edib ki, yeni layihəni təfərrüatı ilə təsvir edə bilməz, çünki o, ssenarini yenicə yazmağa başlayıb. O, bu filmin yaradılmasını özünün “müqəddəs vəzifəsi” adlandırıb, çünki hər iki partlayışdan sağ çıxan yapon Tsutomu Yamaquçiyə filmi çəkəcəyini vəd edib.