İtaliyanın Avio şirkəti 2032-ci ildən sonra Vega E daşıyıcısının varisi olan yeni Vega Next raketini buraxmaq planlarını paylaşdı.
Bu barədə “European Spaceflight” məlumat yayıb.
İndi şirkətin mühəndisləri Vega C raketinin yaradılması üzərində işləyirlər ki, bu raket gələcəkdə P120 bərk raket gücləndiricisinin təkmilləşdirilmiş versiyası olan P160 ilə təchiz edilmiş Vega C+ daşıyıcısı ilə əvəz olunacaq. Avio şirkətinin məlumatına görə, Vega C+ Yer orbitinə Vega C-dən 200 kq daha çox faydalı yük çıxara biləcək.
Məqalədə qeyd olunur ki, High Thrust Engine (HTE) proqramının həyata keçirilməsi 2026-cı ilə qədər M60 mühərrikinin hazırlanmasını nəzərdə tutur. Bu enerji bloku ilə tam maye olan Vega Next raketinin təchiz edilməsi planlaşdırılır.
Mənbə: A Haber