Avqust ayı üçün məcburi köçkünlərə verilən müavinət bu tarixdə veriləcək – ÖZƏL

Azərbaycanda vətəndaşlara hər ay verilən müavinətlər avqust ayı üçün 25-də verilməsi başa çatsa da, məcburi köçkünlər və onlara bərabər şəxslər üçün verilən müavinətlər hələ də vətəndaşların kartlarına oturmayıb.

Bu səbəbdən müvafiq müavinəti alan şəxslər arasında narazılıq və müxtəlif fikirlər irəli sürülüb.

Məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq.

Komitədən İctimai.az-a bildirilib ki, məsələ ilə əlaqədar heç bir narahatlığa səbəb yoxdur. Bu ayın sonuna kimi məcburi köçkünlərin avqust ayı üçün nəzərdə tutulan müavinətləri köçürüləcəkdir.

Oxşar xəbərlər