Müğənni Yuri Şatunovun Telegram kanalında dərc olunan məlumata görə, bir həftə ərzində avqustun 30-dan sentyabrın 6-dək onun məzarına giriş abidənin quraşdırılması ilə bağlı işlərə görə məhdudlaşdırılacaq. Bu barədə musiqiçinin dul arvadı Svetlana məlumat verib.
“Avqustun 30-dan sentyabrın 6-dək Yuri Şatunovun məzarı üzərində abidənin qoyulması üçün quraşdırma-tikinti işləri aparılacaq. Sizdən xahiş edirik ki, bu günlərdə qəbiristanlığı ziyarət etməkdən çəkinin və işlərə mane olmayasınız”, – deyə məlumatda bildirilir.
Svetlana Şatunovanın sözlərinə görə, Yuri Şatunovun məzarı üzərindəki abidəsinin açılış mərasimi sentyabrın 6-da səhər saat 10:00-da olacaq. Bu gün ifaçının 50 yaşı tamam ola bilərdi, aif.ru xəbər verir.
Mənbə: Lenta.ru














