Avro 2023-də rekord müəyyənləşdibackend

Gürcüstan və Rumıniyada keçirilən 21 yaşadək futbolçular arasında UEFA Avropa Çempionatı tarixdə ən çox izləyicinin iştirak etdiyi çempionat olub.

Bu barədə UEFA məlumat yayıb.

Avroda 1/4 final mərhələsinə start verilib, ötən matçları 250 746 nəfər izləyib. Buna qədər rekord 2017-ci ildə Polşada keçirilən gənclər arasında Avropa çempionatına (243 995 tamaşaçı) məxsus idi.

İyulun 1-də Gənclər Avro-nun final hissəsinin bir matçına tamaşaçı rekordu da qoyulub. Gürcüstan və İsrail yığmaları arasında Tbilisidə keçirilən 1/4 final oyununa 44338 azarkeş gəlib. Gürcülər israillilərə penaltilər seriyasında uduzublar (3:4).

Mənbə: TRT Spor