Avropalı treyderlər Ukraynadakı yeraltı qaz anbarlarının (UGS) imkanlarından istifadə etməyə başlayıblar. Bu barədə Reuters agentliyi treyderlərə və şirkət nümayəndələrinə istinadən xəbər verir.
“Qaz alıcıları bu qış yanacağı baha satmaq üçün onun maksimum həcmini daha aşağı qiymətə almağa meyllidirlər. Treyderlər xüsusi əməliyyatla bağlı riskləri öz üzərlərinə götürməyə hazırdırlar”, – nəşr yazır.
Çex EPH qrupu agentliyə bildirib ki, şirkətin Ukraynanın UGS qurğularından istifadə etmək qərarı onların etibarlılığına inamla bağlıdır. Daxili bazarın böyük hissəsini (qismən Rusiya qazı ilə) təmin edən Slovakiya dövlət şirkəti SPP, yerli anbarların 90% doluluğu fonunda Ukrayna anbarlarından istifadə etməyi nəzərdən keçirdiyini söylədi. Digər avropalı treyderlər qeyd ediblər ki, Ukraynanın UGS obyektlərindən istifadə qərarının anbar obyektlərinə hərbi zərbələr də daxil olmaqla riskləri var.
Mənbə: Reuters












