Avropa Birliyi ABŞ-ı Çindən daha böyük təhlükə adlandırıbbackend

“Politico” öz sorğu məlumatlarına istinadən bildirib ki, Polşa, İspaniya, Belçika, Fransa, Almaniya və İtaliyada respondentlərin yalnız 12%-i ABŞ-ı yaxın müttəfiq adlandırıb, 36%-i isə ABŞ-ı təhdid hesab edib.

Nəşr qeyd edir ki, bu altı ölkədə respondentlərin 29%-i Çini təhdid hesab edib.

KİV-in məlumatına görə, “Milli səviyyədə Vaşinqtondan gələn təhdid dörd ölkədə Pekindən gələn təhdidi üstələyib və yalnız Fransa və Polşadakı respondentlər Çindən gələn təhdidi daha yüksək qiymətləndiriblər”.

Nəşr qeyd edir ki, İspaniyada respondentlərin 51%-i, İtaliyada 46%-i, Belçikada 42%-i, Fransada 37%-i, Almaniyada 30%-i və Polşada 13%-i ABŞ-ı təhdid adlandırıb. Bu arada, polyakların 24%-i, ispanların 17%-i, italyanların 11%-i, fransızların 10%-i və belçikalılar və almanların hər birinin 8%-i ABŞ-ı yaxın müttəfiq hesab edir.