Avropa Birliyi bəzi Gürcüstan vətəndaşları üçün vizasız səyahəti dayandırıbbackend

Avropa Komissiyası (AK) Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız səyahəti dayandırıb.

Bu barədə AK-nın saytında dərc olunmuş bəyanatda bildirilib.

Bəyanatda deyilir: “Bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırır. Artıq onlardan rəsmi məqsədlər üçün Şengen zonasına daxil olarkən vizaya sahib olmaları tələb olunur”.

AK əlavə edib ki, bu qərar Gürcüstanın “vizasız səyahət rejimi çərçivəsində öhdəliklərini qəsdən və davamlı şəkildə pozmasına” cavab olaraq verilib.