Avropa Birliyi ölkələri Ukraynaya silah tədarükü ilə bağlı fikir ayrılığına malikdirbackend

“Politico” mənbələrə istinadən xəbər verir ki, Fransanın 90 milyard avroluq Avropa Birliyi (AB) krediti ilə Ukrayna üçün yalnız Avropa silahlarının alınması ilə bağlı mövqeyi “Kiyevin əl-qolunu bağlayacaq”.

Qeyd olunur ki, Almaniya və Hollandiya Ukraynanın AB krediti ilə Amerika silahlarını ala biləcəyi məsələsində Fransa ilə razılaşmır. Məqalədə deyilir ki, bu arada Paris NATO daxilində artan ixtilaf fonunda ABŞ-a vəsait axınının qarşısını almaq üçün hər cür səy göstərir.

Sənədlərə görə, Almaniya və Hollandiya hökumətləri başda olmaqla bir çox AB ölkələri hesab edir ki, Ukraynaya maliyyə paketindən vəsaitləri xərcləmək üçün daha çox sərbəstlik verilməlidir.