“Politico”nun məlumatına görə, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Səudiyyə Ərəbistanına səfər edəcək.
Jurnalistlərin məlumatına görə, səfər 8 aprelə planlaşdırılıb.
Məlumatda deyilir ki, “səfər təhlükəsizlik səbəblərinə görə gizli saxlanılıb”.
Bundan belə nəticə çıxır ki, avropalı diplomat Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budaivi ilə görüşməyi planlaşdırır. Tərəflərin Yaxın Şərq münaqişəsinin mümkün həll yollarını müzakirə etməsi gözlənilir.















