Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Ukrayna uzun mənzilli raket buraxılış sistemləri və digər modernləşdirilmiş silahlar tədarük etməlidir. Onun sözlərini İtaliyanın “La Repubblica” qəzeti yazır.
“Biz Ukraynanı silahla, o cümlədən uzaqmənzilli raket buraxılış sistemləri ilə təmin etməliyik”, – Avropa diplomatiyasının rəhbəri deyir.
Onun fikrincə, bu, respublikaya “ərazilərini geri almağa” və Rusiya ilə silahlı münaqişədə qalib gəlməyə imkan verəcək ki, bu da “Avropa üçün təhlükəsizliyin ən yaxşı təminatı olacaq”
Mənbə: TASS

