Avropa İttifaqı 45-dən çox Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədirbackend

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 15-ci sanksiya paketinin bir hissəsi olaraq, təxminən 50 Rusiya neft tankerinə məhdudiyyətlər qoymaq niyyətindədir.

Bu barədə Bloomberg sənədlərə istinadən xəbər verir.

Avropa Komissiyası (AK) 45-dən çox Rusiya tankerinin Avropa limanlarına daxil olmasını və riskli daşımalarla məşğul olmasını qadağan etməyi təklif edir. Bundan əlavə, AK 50-dən çox şəxsə və təxminən 40 təşkilata sanksiya tətbiq etmək, onların aktivlərini dondurmaq və səyahət qadağası tətbiq etmək niyyətindədir.

Aİ, 15-ci paketin bir hissəsi olaraq, Rusiyaya pilotsuz təyyarələrin istehsalı üçün bəzi hissələri tədarük edən rus hərbi istehsalçılarına və bir sıra Çin firmalarına qarşı məhdudiyyətlər tətbiq etməyi gözləyir. Neft nəqli üzrə ixtisaslaşmış Rusiya şirkətlərinə də sanksiyalar tətbiq oluna bilər.