Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas “The Economist”ə müsahibəsində Çinin Rusiya-Ukrayna münaqişəsinin sona çatması ilə əlverişsiz vəziyyətə düşəcəyini, çünki ABŞ-ın bütün diqqətini Pekinə yönəldəcəyini bildirib.
Kallasın sözlərinə görə, Çinin xarici işlər naziri Vanq Yi son söhbəti zamanı məhz bunu ona çatdırmağa çalışıb. Avropa diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, o, yapon analitikləri ilə mövcud vəziyyəti müzakirə edib.
“Onlar hesab edirlər ki, Ukrayna münaqişəsi Çində qeyri-populyardır və Pekin bu münaqişəyə de-fakto dəstəyini birtəhər əsaslandırmaq məcburiyyətindədir, ritorikasını yumşaltmağa və “Bax, bu bizim maraqlarımıza uyğundur” deməyə çalışır”, – Kallas bildirib.














