Avropa İttifaqı LGBT qanununa görə Gürcüstana yardıma qarşı çıxdıbackend

Hollandiyadan olan Avropa Parlamentinin (AP) bir qrup üzvü ölkədə LGBT təbliğatını qadağan edən qanuna görə Gürcüstana yardımı dayandırmağa çağırıblar.

Lenta.ru xəbər verir ki, bu barədə parlamentarilərin Avropa Komissiyasına (AK) ünvanladığı məktubda deyilir.

Sənəddə deyilir ki, ötən ilin noyabrında AK Gürcüstan qarşısında ölkənin Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə kimi tanınması üçün yerinə yetirməli olduğu şərtlər irəli sürüb. Qeyd olunur ki, bu şərtlərə Avropa dəyərlərinə hörmət daxildir.

Məktubda deyilir ki, 2024-cü il sentyabrın 17-də Gürcüstan parlamenti LGBT insanların hüquqlarını məhdudlaşdıran və senzuranı əhəmiyyətli dərəcədə genişləndirən qanun layihəsini təsdiqləyib. 26 iyun 2024-cü ildə Venesiya Komissiyası bu qanun layihəsinə mənfi rəy verib.

Bu baxımdan, AP üzvləri Avropa İttifaqının bu cür şəraiti nəzərə alaraq Gürcüstana vəsait ayırmağı dayandırmağı planlaşdırıb-qalmadığı ilə maraqlanır.