Avropa İttifaqı mühüm qərarların Macarıstan tərəfindən əngəllənməsindən yan keçməyin yolunu tapıbbackend

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Macarıstanın mühüm siyasi qərarların qarşısını almasına mane olmaq üçün plan hazırlayıblar. Bu barədə Avropa diplomatlarına istinadən “Politico” məlumat yayıb.

Məqalədə Macarıstanın Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım paketi haqqında sənəd layihəsini blokladığı 28 fevral presedentinə istinad edilir. Assosiasiyanın 27 ölkəsindən 26-sı tərəfindən razılaşdırılan sənədin mətni icmaya üzv dövlətlər tərəfindən yekdilliklə təsdiq edilmiş digər qətnamələrə əlavə edilib.

Macarıstanın imtinasına baxmayaraq, sənəd “hələ də Avropa Şurasının rəsmi rəyi kimi dərc edilib”.