Avropa İttifaqı Qəzzada atəşkəs üçün təcili tədbirlər görməyə çağırıbbackend

Beynəlxalq ictimaiyyət Qəzza zolağında döyüşlərə son qoymaq və bu ərazidə yaşayan fələstinlilərin daha çox əziyyət çəkməsinin qarşısını almaq üçün təsirli addımlar atmağa borcludur. TASS xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

Şənbə günü, yanvarın 6-da diplomat Livanın paytaxtında mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran o, Yaxın Şərq münaqişə zonasında mövcud vəziyyəti də şərh edib.

“Qəzza zolağında daimi atəşkəsin yaradılması üçün təcili tədbirlər görülməlidir”, – Brüssel nümayəndəsi vurğulayıb.

Mənbə: TASS