Avropa İttifaqı rus diplomatlarının hərəkətinə məhdudiyyətlər qoyacaqbackend

Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Avropa İttifaqı casusluqda şübhələrin artması səbəbindən rusiyalı diplomatların Aİ daxilində səyahətini məhdudlaşdırmaq niyyətindədir.

“Təklif olunan qaydalar Avropa İttifaqının paytaxtlarında yerləşən rus diplomatlarını ölkəni tərk etməzdən əvvəl səyahət planları barədə digər hökumətlərə məlumat verməyə məcbur edəcək”, – qəzet yazır.