Səudiyyə Ərəbistanında keçirilən Rusiya-Amerika danışıqları fonunda Rusiya qalib kimi görünür.
Bu fikri Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas Euractiv-ə müsahibəsində deyib.
Diplomat görüşdən fotolara diqqət çəkib. Onun sözlərinə görə, onlara baxanda məlum olur ki, “qalib ruslardır”.
“Onların münasibəti belədir: “Hər kəs indi bizə gəlir və istədiyimizi təklif edir” dedi Kallas.
Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.