Avropa İttifaqı Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilərbackend

Avropa İttifaqı amerikalı aktyor və rejissor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni irs üzrə xüsusi nümayəndəsi Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə Brüsselin EUobserver portalı məlumat yayıb.

Portalın mənbəsinin sözlərinə görə, əgər onun hərəkətlərinin Ukraynaya zərər vura biləcəyinə dair “məcburi hüquqi əsaslar” olarsa, Siqal qara siyahıya düşə bilər.

Ötən il aktyor Samarada keçirdiyi mətbuat konfransında xüsusi hərbi əməliyyat (SVO) zonasında baş verən hadisələrdən bəhs edən sənədli film üzərində işləməkdən danışıb.

Mənbə: A Haber