Avropa komissarı Macarıstanı Rusiyadan enerji almağı dayandırmağa çağırıbbackend

Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Macarıstanı Rusiyadan enerji almağı dayandırmağa çağırıb. “Politico” yazır ki, Simson deyib ki, Macarıstan Rusiyadan enerji alışını dayandırmaq üçün səylərini artırmalıdır, çünki bu, Budapeşti Moskvadan daha çox asılı edir.

Hətta Macarıstan başa düşür ki, bu cür fəaliyyətlərin davam etdirilməsi Rusiyaya öz bazarını manipulyasiya etmək imkanı verir”, – Avropa komissarı bildirib. O, həmçinin əlavə edib ki, “bu asılılıq Macarıstanın maraqlarına uyğun deyil”.

Simson Budapeştin Rusiyanın dəstəyi ilə Paks II atom elektrik stansiyasının tikintisini davam etdirməsindən təəssüfləndiyini bildirib.

Mənbə: TASS