Avropa Komissiyasının sözçüsü Arianna Podesta bildirib ki, AK ABŞ-da keçiriləcək prezident seçkilərinin bütün mümkün nəticələrinə hazırlaşmağa çalışır.
Bu barədə TASS məlumat yayıb.
“Biz ABŞ seçkilərinin bütün mümkün nəticələrinə hazırlaşacaq bir struktur yaradırıq” dedi Podesta.
O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamalarını belə şərh edib.
Fevralın 11-də Tramp Cənubi Karolinada seçki kampaniyası mitinqində çıxış edərək bildirib ki, o, nəinki müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini müdafiə etməyəcək, hətta Rusiyanın belə dövlətlərə potensial hücumlarını təşviq edəcək.

