Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius NATO-nun şərq sərhədində “Dronlar divarı” layihəsinin necə həyata keçiriləcəyini izah edə bilməyib. Polşanın TVP World telekanalına müsahibəsində o, hazırkı mərhələdə texniki ekspertizaya ehtiyac olduğunu bildirib.
“Bu, ukraynalılarla işləyən texniki ekspertlərimizin nə etmək lazım olduğunu başa düşməsindən asılıdır. Anladığım qədər, Ukraynada istehsalçıların və operatorların işləyəcəyi bir növ mərkəzlər yaradılmalıdır; kadrların hazırlanması çox vacibdir”, – Kubilius deyib.