Avropa Komissiyası Fon der Leyenin Trampla telefon danışığını bildiribbackend

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Tramp bazar günü, iyulun 6-da telefonla “yaxşı fikir mübadiləsi aparıblar.” Bu barədə komissiyanın nümayəndəsi bildirib, Reuters xəbər verir.

Təşkilatın məlumatına görə, Aİ-nin məqsədi iyulun 9-dək Vaşinqtonla ticarət razılaşmasına nail olmaqdır.

“Biz ABŞ ilə tariflər üzrə razılığa gəlmək istəyirik. Biz uduz-uduz deyil, qalib-qazan nəticələr əldə etmək istəyirik”, – sözçü brifinq zamanı jurnalistlərə bildirib.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, o vaxta qədər ikitərəfli danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ-ın dayandırılmış ticarət tarifləri avqustun 1-dən qüvvəyə minəcək.