Avropa Komissiyası Qrenlandiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edibbackend

Avropa Komissiyası (AK) Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə deyib.

Pinho həmçinin qeyd edib ki, AK ABŞ-ın Qrenlandiya və Venesuela ilə bağlı hərəkətləri arasında müqayisəyə yer görmür.

Komissiya nümayəndəsi vurğulayıb ki, Qrenlandiyanın statusu yalnız onun sakinləri tərəfindən həll edilə bilər.

Yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Aİ müdafiə məqsədləri üçün ABŞ-ın Qrenlandiyanın mülkiyyətini tələb edir. O, həmçinin qeyd edib ki, Çin və Rusiya gəmiləri artıq Danimarka adasını mühasirəyə alıb.