Avropa Komissiyasının sözçüsü Olof Gillin sözlərinə görə, Avropa İttifaqının yeni 19-cu anti-Rusiya sanksiyaları paketində enerji məhsullarına yeni məhdudiyyətlər daxil ola bilər.
Onun sözlərinə görə, paket üzərində iş davam edir, lakin təkliflər təqdim olunana qədər bu barədə şərh vermək mümkün deyil.
Gill həmçinin AK-nin təklifi alacağı tarixi dəqiqləşdirməkdən imtina etdi.
Politico diplomatlara istinadən xəbər verir ki, Avropa İttifaqı yeni 19-cu anti-Rusiya sanksiyalar paketini sentyabrın 19-da və ya 22-də təqdim edəcək.