Avropa Komissiyası Rusiyadan qazın tamamilə rədd edilməsini “demək olar ki, qeyri-mümkün missiya” hesab edir

Avropa Komissiyasının (AK) vitse-prezidenti Maros Şefçoviç hesab edir ki, tədarükdə Rusiya qazının tam olmaması “demək olar ki, mümkün olmayan işdir”.

“Keçən il biz Rusiyadan qaz idxalını 150 milyard kubmetrdən 80 milyard kubmetrdən aşağı saldıq. Bu il mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, həcm yəqin ki, cəmi 40 milyard kubmetr olacaq”, Şefçoviç Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində bildirib. “Ona görə də deyərdim ki, Rusiya qazından tamamilə imtina etmək hələ də demək olar ki, mümkün deyil”, o əlavə edib.

Eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti vurğulamışdır ki, Avropa İttifaqı infrastruktura sərmayə qoymağa və yeni tərəfdaşlıq əlaqələri inkişaf etdirməyə davam edərsə, yaxın aylarda Rusiyanın mayeləşdirilmiş təbii qazının idxalını daha da azalda bilər. “Ümumi Aİ platforması vasitəsilə alınan qaza gəldikdə, biz artıq onun Rusiyadan gəlmədiyinə əmin oluruq” dedi Şefçoviç. Onun sözlərinə görə, hər bir strateji əhəmiyyətli resurs ən azı üç təchizatçıdan gəlməlidir.

Mənbə: A Haber

Oxşar xəbərlər