Avropa Komissiyası Rusiyanın Çexiyadakı əmlakının dondurulmasına münasibət bildirib

Avropa Komissiyası Çexiyada Rusiya obyektlərinin dondurulmasını şərh edərkən bəyan edib ki, Aİ ölkələri müstəqil şəkildə anti-Rusiya sanksiyaları həyata keçirir. Bu barədə RİA Novosti məlumat yayıb.

“Aİ-yə üzv dövlətlər sanksiyaların tətbiqinə görə müstəqil olaraq məsuliyyət daşıyırlar”, – AK bildirib.

Eyni zamanda, onlar qeyd ediblər ki, mövcud təcrübəyə əsasən, onlar “Aİ sanksiyalarının vahid şəkildə tətbiqini təmin etmək üçün” Çexiyanın hakimiyyət orqanları, eləcə də digər üzv dövlətlərlə əlaqə saxlayırlar.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər