Politico xəbər verir ki, Avropa Komissiyası (AK) Macarıstan, Polşa və Slovakiyanın Ukraynadan taxıl idxalı ilə bağlı mövqeyinə görə məhkəməyə veriləcəyini istisna etmir.
Qəzet yazır ki, “Avropa Komissiyası Ukraynadan idxala qadağa qoyduğu üçün bu ölkələrə qarşı hüquqi tədbirlər görülməsini istisna etmir”.
Məqalədə qeyd olunduğu kimi, Ukrayna taxılının və digər məhsullarının idxalına qoyulan məhdudiyyətlər Aİ-nin vahid bazarının qaydalarını pozur və bu səbəbdən üç ölkə hüquqi məsuliyyətə cəlb oluna bilər.
“Politico” yazır ki, Macarıstan, Slovakiya və Polşanın Ukrayna taxılına dair mövqeyi Aİ ilə Ukrayna arasında ticarət əlaqələrində ciddi gərginlik olduğunu nümayiş etdirir.
 
										













