Avropa Komissiyası (AK) Aİ qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qərar qəbul etməyəcək.
Bu barədə “İzvestiya” qəzetinə AK nümayəndəsi Anita Hipper məlumat verib.
O qeyd edib ki, Ukraynaya dəstək Avropa İttifaqı üçün prioritet olaraq qalır, lakin sülhməramlı missiyaların göndərilməsi məsələsi Avropa Komissiyasının səlahiyyətlərinə aid deyil.
Hipper vurğulayıb ki, qoşun göndərmək qərarı Aİ-yə üzv dövlətlərdə qalır.