Avropa Komissiyası (AK) vitse-prezident Delsi Rodrigesin Venesuelanın faktiki lideri kimi legitimliyini tanımır.
bu barədə Avropa İttifaqının sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Biz kimin legitimliyini tanıdığımızı açıq şəkildə bildirdik: demokratik yolla seçilmiş şəxslərin legitimliyi”, o vurğulayıb.
Hipperin fikrincə, Nikolas Maduronun 2024-cü il seçkilərində əsas rəqibi Edmundo Qonzales, eləcə də Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado Cənubi Amerika respublikasındakı siyasi keçidə daxil edilməlidir.















