Avropa Komissiyasının keçmiş sədri Jak Delors vəfat edibbackend

Avropa Komissiyasının səkkizinci prezidenti Jak Delor 98 yaşında vəfat edib. Bu barədə “France 24” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Delorun ölümünü onun qızı Martine Obri elan edib. Onun sözlərinə görə, AK-nin keçmiş sədri çərşənbə günü, dekabrın 27-də Parisdəki evində yuxuda dünyasını dəyişib.

Delor 1981-1984-cü illərdə prezident Fransua Mitteranın yanında Fransanın maliyyə naziri vəzifəsində çalışıb.

Mənbə: France 24