Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla bağlanmış tarif sazişinin qüsurlu olduğunu etiraf edib. TASS xəbər verir ki, o, sövdələşməni Frankfurter Allgemeine Zeitung qəzetinə yazdığı məqalədə şərh edib.
“Bu razılaşma şüurlu bir qərardır – eskalasiya və qarşıdurma əvəzinə sabitlik və proqnozlaşdırıla bilənlikdir”, – siyasətçi qeyd edib.
O, ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı razılaşmanı “qüsurlu olsa da, möhkəm razılaşma” adlandırıb.














