Avropada bir çox siyasətçilər hesab edir ki, Krımın statusu məsələsi artıq həll olunub.
Bu barədə TASS-a Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.
“Bir çox real siyasətçilər hesab edir ki, geriyə yol yoxdu,” deyə o vurğulayıb.
Mayın 4-də Amerikanın NBC telekanalı bildirib ki, Krımın statusu məsələsi Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda əsas məqam olaraq qalır.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin Krımdakı nümayəndəsi Artem Berezovski qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenski öz ticari maraqlarına görə Krımın Rusiya statusunu tanımaqdan imtina edir.